Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılıb.

2014-cü il noyabrın 17-dən fəaliyyətə başlayıb.

Bayraq dirəyinin hündürlüyü: 57 metr.

Bayrağın uzunluğu: 20 metr,

Bayrağın Eni: 10 metrdir.

Bayraq dirəyinin altında Bayraq Muzeyi yaradılıb. Səkkizguşəli ulduz formasında inşa olunan muzey binası eyni quruluşa malik sütunlarla əhatə olunub.Muzeydə Naxçıvanda müxtəlif dövrlərdə qəbul edilmiş bayraqlar və dövlət atributları nümayiş etdirilir. Muzeydə qəbul olunmuş tarixi qərarlar, Azərbaycan Respublikasının Dövlət Bayrağı və digər dövlət atributları haqqında ətraflı məlumatlar yerləşdirilmişdir.

Foto: Tərlan Yusif